Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı açıqlama verib
Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı açıqlama verib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini bildirib.

APA bildirir ki, Hulusi Akar Münhen Təhlükəsizlik Konfransından sonra jurnalistlərə açıqlamalar verib.

Nazir Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini ifadə edərək deyib:

“Orada hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri var. Bununla bağlı mətbuatda bəzi xəbərlər mövcuddur. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalardan, saxta xəbərlərdən bəhs edilir. Ona görə də bəzi arzuolunmaz halların yaranmasının qarşısını almaq lazımdır”.

Son xəbərlər
Bütün xəbərlər »