Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiyaya mərmi atılmasına münasibət bildirib
Zelenski Rusiyaya mərmi atılmasına münasibət bildirib

Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri tərəfindən atılan mərmilərin Rusiya ərazisinə düşməsi ilə bağlı iddiaları yalan və təxribat adlandırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.

“İstənilən təxribatlar çox təhlükəlidir. Bir güllə bəzən müharibənin başlamasına səbəb ola bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, vəziyyəti 2014-2015-ci illərlə müqayisə etsək, dəhşətli dərəcədə fərqlidir.

"Bu, millətimiz, xalqımız üçün faciədir. Bu, ukraynalılarla münasibətdə olan ruslar üçün də faciədir. Bu faciədir - necə qonşu olmaq və necə yaşamaq lazımdır. Amma biz indi sanki fərqli zaman ölçülərində yaşayırıq. Biz artıq həmişəki qonşular deyilik. İndi müharibəyə başlamaq fikrində olan iki əks tərəfik. Risklər yüksəkdir və bu dəhşətlidir”,- Zelenski vurğulayıb.

O, həmçinin Rusiya mətbuatının Ukrayna sərhədindən bir neçə kilometr aralıda, Rostov vilayətinin ərazisində mərmilərin partlaması ilə bağlı yayılan məlumatlarına münasibət bildirib.

"Hamısı təxribatdır. Hamısı açıq yalandır. Ölən və ya yaralanan yoxdur. Sadəcə, xalqlar arasında nifrət yaratmaq üçün özləri nəyisə partladırlar, gülləbaran edirlər, 2014-cü ildən bəri ilk dəfə deyil ki, silahlarını çevirib, müvəqqəti işğal olunmuş ərazilərdə özlərini gülləbaran edirlər. Bu, sadəcə olaraq, rüsvayçılıqdır. Bu qəddarlıqdır”,- deyə dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna 2019-cu ildə Normandiya formatında keçirilən görüşdə dəfələrlə bəyan etdiyi kimi, mütləq sülhün tərəfdarıdır.

Bizimyol.info

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »