Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Premyer Liqa: "Neftçi" "Keşlə"yə qalib gəlib
Premyer Liqa: "Neftçi" "Keşlə"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Günün ikinci matçında son çempion "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu 21-ci dəqiqədə Sezar Meza Kolli vurub. Bundan 4 dəqiqə sonra Voyislav Stankoviç fərqi iki topa çatdırıb. Ramin Nəsirli isə 44-cü dəqiqədə qonaqları növbəti dəfə cəzalandırıb.

"Keşlə"nin heyətində Felipe Santos 90+3-cü dəqiqədə fərqi azalda bilib.

"Neftçi" qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Keşlə" 14 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Səbail"i 2:0 hesabı ilə üstələyib. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »