Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyir ki, Avropa İttifaqı Rusiya qazından asılılıqdan xilas olmaq üçün hər cür səy göstərməyə qərar verib.
Bizimyol.info xəbər verir ki, "UNİAN"ın verdiyi məlumata görə, bu barədə fon der Leyen Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Avropa Komissiyasının sədri enerji mənbələrinin və təchizatçılarının şaxələndirilməsinin zəruriliyini qeyd edib. O əlavə edib ki, artıq işlərə başlanılıb.
“Biz bütün planetdən olan tərəfdaşlarımıza və dostlarımıza müraciət etdik və bu gün deyə bilərəm ki, hətta Rusiyadan qaz nəqlinin tamamilə dayandırılması halında belə, bu qış təhlükəsiz vəziyyətdəyik”, - fon der Leyen bildirib.
Bizimyol.info