"NATO Rusiyanı Ukrayna ətrafındakı böhranın həlli istiqamətində mühüm addım atmağa və qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırır".
Bizimyol.info xəbər verir ki, bu fikri Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında bildirib.
"Biz Rusiyanı öz qüvvələrini Ukrayna sərhədlərindən çıxarmağa çağırırıq. Bu, böhranın sülh yolu ilə həlli istiqamətində mühüm ilk addım olmalıdır", - o deyib.
NATO-nun baş katibi həmçinin qeyd edib ki, alyans substantiv dialoq vasitəsilə Moskva ilə əməkdaşlığa hazırdır.
Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Rusiyaya NATO-Rusiya Şurasında adi və nüvə silahlarına nəzarət üzrə bir sıra müzakirələr təklif etməkdə davam edir.
“Rusiyanı risklərin azaldılması, adi və nüvə silahlarına nəzarəti müzakirə etmək üçün bir sıra görüşlər keçirməyə çağırışımı təkrar etmək istəyirəm”, - deyə Stoltenberq bildirib.
O, həmçinin Rusiyanı Ukrayna böhranı ilə bağlı “diplomatiya yolunu seçməyə” çağırıb. Onun sözlərinə görə, “belə mənalı dialoq bütün Avropa dövlətlərinin, o cümlədən Rusiyanın təhlükəsizliyini artıra bilər”.
Bizimyol.info