İzmirdən Kapadokyaya gəzinti üçün gedənləri daşıyan "Mercedes" markalı tur avtobusu Konya-Aksaray yolunun 47-ci kilometrində buzlu yolda idarəetmədən çıxıb, sürüşərək dərəyə aşıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Səhər saatlarında baş verən qəza barədə verilən məlumata əsasən hadisə yerinə çox sayda təcili yardım, polis, jandarma və xilasetmə qrupları gəlib.
İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 26 nəfər yaralanıb.
Təcili yardım maşınları ilə xəstəxanalara aparılan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.
Bizimyol.info