Prezident İlham Əliyev Anar Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva iyunun 22-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Həmin vaxtdan nazirin əmri ilə Anar Nağıyev Bakı Slavyan Universitetində rektoru səlahiyyətlərini icra edib.