Şoyqu Amerika tərəfinin təşəbbüsü ilə fevralın 18-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı aparacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.
"Fevralın 18-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin arasında telefon danışıqları aparılacaq. Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutacaq”, - hərbi idarədən bildiriblər.
Fevralın 12-də Şoyqu Ostinə də zəng edib. Pentaqon o zaman bildirib ki, nazirlər “Rusiyanın Krımda və Ukrayna ətrafında qüvvələrini artırmasını müzakirə ediblər”. Rusiya hərbi idarəsi bildirib ki, Şoyqu və Ostin “qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərini” müzakirə ediblər.
Bizimyol.info