Prezident İlham Əliyev üç rayona Rayon icra başçıları təyin edilib.
Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı bununla bağlı Sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə, Elxan Oqtay oğlu İbrahimov isə Kürdəmir Rayon İcra Hakimiyyətinə başçı təyin ediliblər.