Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha böyük pandemiya: Xərçəng xəstəliyi
Daha böyük pandemiya: Xərçəng xəstəliyi

Təəssüf ki Azərbaycanda da bir çox Avropa ölkələrindəki kimi insan ölümünün səbəbləri siyahısında onkoloji xəstəliklər birinci yer tutmaq üzrədir.

Biz pandemiya ilə mübarizə apararkən, bir çox insanlar xərçəngə qarşı başqalarının görə bilmədiyi öz mübarizəsini aparırlar. Avropa Xərçəng Təşkilatının onlarla milli xərçəng cəmiyyətinin qeyri-kommersiya birliyinin məlumatına görə, təkcə 2020-ci ildə Avropada təxminən 1,3 milyon insan xərçəngdən ölüb, 2,7 milyon insanda xərçəng diaqnozu qoyulub. Təəssüf ki, diaqnozların sayı artmaqda davam edir.

Cənub ölkələrində xərçəngin diaqnozu və müalicəsinin dünyanın qərb və şimal ölkələrinə nisbətən daha az inkişaf etdiyini təsdiq etmişdir. Xərçəngdən ölümlərin təxminən üçdə biri tütün istifadəsi, yüksək bədən kütləsi indeksi, alkoqol istifadəsi, az meyvə və tərəvəz qəbulu və fiziki hərəkətsizliklə bağlıdır. Xərçəng, dünyanın əsas ölüm səbəblərindən biri olaraq qalmaqdadır və ildə təxminən 10 milyon insanın və ya hər altı xəstədən birinin ölümünə səbəb olur.

Ən çox görülən xərçənglər döş, ağciyər, kolon və düz bağırsaq və prostatdır. Xərçəngin bir çox növləri vaxtında diaqnoz etsə müalicə olunur. Xarakterik xüsusiyyətlərindən biri adi hüdudlarından kənara çıxan və ətrafdakı toxumalara nüfuz edə bilən, həmçinin digər orqanlara miqrasiya edən, yəni metastaz verən anormal hüceyrələrin sürətlə çoxalmasıdır. Yayılmış metastazlar xərçəngdən ölümün əsas səbəbidir.

Hər il təxminən 400 min uşaq xərçəngə tutulur. Müxtəlif xərçəng növlərinin yayılması ölkəyə görə dəyişir. Uşaqlıq boynu xərçəngi 23 ölkədə ən çox yayılmışdır.

Xərçəngə nə səbəb olur?

Xərçəng çox mərhələli prosesdə normal hüceyrələrin şiş hüceyrələrinə çevrilməsi nəticəsində baş verir ki, bu müddət ərzində prekanseröz lezyon adətən bədxassəli şişə çevrilir. Yaşdan asılı olaraq xərçəngin tezliyi kəskin şəkildə artır, bu, çox güman ki xərçəngin müəyyən formalarının inkişafı üçün risk faktorlarının toplanması ilə əlaqədardır. Risk faktorlarının ümumi yığılması insan yaşlandıqca hüceyrə təmiri mexanizmlərinin səmərəliliyinin azalması tendensiyası ilə daha da güclənir.

Xərçəng yükünün azaldılması, hal-hazırda risk faktorlarının aradan qaldırılması və bir sıra dəlillərə əsaslanan qarşısının alınması strategiyalarının həyata keçirilməsi şərti ilə, xərçənglərin təxminən 30-50% qarşısını almaq olar. Xərçənglərin bir çoxu erkən aşkarlansa və düzgün müalicə olunarsa, yüksək müvəffəqiyyət nisbəti ilə müalicə etmək mümkündür.

Xəstəliyin inkişafının qarşısını almağın bəzi yollarına gəldikdə isə tütündən imtina, sağlam bədən çəkisini saxlamaq, meyvə və tərəvəzləri ehtiva edən sağlam pəhriz, müntəzəm fiziki fəaliyyət, spirt istehlakını dayandırmaq və ya məhdudlaşdırmaq, müəyyən əhali qruplarının hepatit B-yə qarşı peyvənd edilməsi və s. Bundan başqa həyatımızda diqqət etmədiyimiz ən xırda detallar belə xərçəngə yol aça bilər. Məsələn, keyfiyyətsiz kauçuk oyuncaqlardan tutmuş ayaqqabıya qədər bir çox şey insanda bu xəstəliyi yarada bilir. Hətta bədənlərini qaraltmaq istəyən xanımlar salyaridən istifadə edərkən belə, xərçəngə yoluxma riski daşıyır. Erkən aşkarlanması həmçinin xərçəng xəstələrinin həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Ölkəmizdə 2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Digər ölkələrdə olduğu kimi ölkəmizdə də bu xərçəngin yayılmasının qarşısını almaq üçün bir çox praklatik tədbirlər görülür. Bu xəstəliyə tutulmamaq üçün insanlar həkim məsləhətini dinləməli, xəstəliyi törədən hallardan kifayət qədər məlumatlı olmalıdır.

Havar, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »