Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir..." - Əliağa Vahidin doğum günüdür
"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir..." - Əliağa Vahidin doğum günüdür

"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir,

Eşq olan yerdə bütün aqilü-dana dəlidir"

Əliağa Vahid bakılı idi. Bakıda elə bu gün 1895-ci ildə Bakıda doğulmuşdu. Kasıb ailənin övladı idi, buna görə də təhsil ala bilməmişdi. Xarratlıqla məşğul olurdu. Və heç kimin ağlına gəlməzdi ki, təhsil ala bilməyən, xarratlıqla məşğul olan bakılı balası vaxt gələr Azərbaycan SSRİ-nin əməkdar incəsənət xadimi adını alar.

O zamanlar “Məcməuş-şüəra” ədəbi məclislərində iştirak etməyə başlayan Vahid dövrünün eybəcərliklərini satirik şeirləri ilə cəmiyyətə çatdırmağa çalışırdı. Hər kəs onu Füzuli ənənələrinin davamçısı hesab edirdi. Bunu qəzəllərində sübut edirdi. Vahidin də yaradıcılığı represiya illərinə təsadüf edib. Amma içki düşkünü olmasa da, içki içdiyi üçün onu dövlət özünə təhlükə kimi görmürdü. Hətta Mircəfər Bağırova təqdim edilən siyahıda onun üzərindən xətt çəkərək deyibmiş ki, “bu, bütün günü sərxoş olur, ondan bizə zərər gəlməz”.

Əslində Vahid çox ağıllı idi. Ətrafında baş verənləri görüb, yaza bilmək, gələcək nəsillərə ötürmək üçün bu obrazı yaxşı seçə bilmişdi. Amma təəssüf olsun ki, onun haqqında çəkilmiş filmdə də Vahidin ömrünün son günlərində qan qusması ilə bağlı kadrlar yer alır. Əslində isə Vahid heç bir zaman qan qusmayıb, içki düşkünü olmayıb. Ailəsi bu filmdən şikayətçi olmasa da, hər zaman narazı olublar.

"Yansın dilim ağzımda, desəm nazını az et,

Naz et mənə, ey sevgili canan, mənə naz et".

Vahid sinədəftər idi. Yəni, yazdığı bütün qəzəlləri yaddaşında olub həmişə. O, 1965-ci ildə dünyasını dəyişir. Yaradıcılığı dövründə Vahidin 13 kitabı işıq üzü görüb.

Bu gün özünü Vahid məktəbinin tələbəsi adlandıran onlarla şair, qəzəlxanlar olsa da, o tək idi, əvəzedilməzdi. 17 fevral qəzəlxan şairin dünyaya göz açdığı gündür.

Vahid deyirdi:

"Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,

Ölsəm, demərəm bir də dübarə, özü bilsin"

Şairin əksər qəzəlləri sevgi üzərinə yazılıb. Əksər qəzəllərində sevgiliyə xitab edib, iradlarını, hisslərini çatdırmağa çalışıb. Yaradıcılığında sevgiyə böyük yer ayıran Vahidin sevgililəri çox olub. Bunu oğlu Ramiz Vahidoğlu müsahibələrinin birində deyib. Şairin bir rəsmi, bir də dini nikahla həyat yoldaşı olub. Rəsmi nikahla olan həyat yoldaşı rus qızı olub. Dini nikahla isə Şəhrəbanu adlı bir qadınla evli olub. Və bu nikahdan da bir qızı və bir oğlu dünyaya göz açıb.

Vahid dünyasını dəyişdikdən sonra onun adına bağ salınıb, küçələrə adı verilib və heykəli ucaldılıb. Yəni xalq da, dövlət də şairni unutmayıb.

İlahin, Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »