Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Zelenski ilə danışmağa maraq göstərmir
Putin Zelenski ilə danışmağa maraq göstərmir

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın işğalı təhlükəsi ilə bağlı xəbərlər fonunda Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışsa da, Kreml danışıqlara razılıq verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərə bildirib.

“Son günlər, vaxtaşırı Ukrayna məsuliyyətli ölkə kimi istənilən an risklərin eskalasiyası, bu risklər haqqında məlumat, qoşun yeridilməsi ilə bağlı məlumatlar və bu kimi məsələlərlə bağlı Rusiya Federasiyasının Prezident Administrasiyasına rəsmi müraciət edib. Bu rəsmi qeyd edilib”, - deyə Zelenski bildirib.

O, bildirib ki, Ukraynaya cavab verilməyib və beləliklə iki prezidentin görüşünə şərait yaradılmayıb.

“Heç kim telefon danışığının mümkünlüyü barədə konkret fikir bildirmir. Bir çox ölkə öz vasitəçiliyini təklif edir, biz buna maraqlıyıq, heç bir ölkədən imtina etməmişik. Bundan əlavə, bəzi ölkələrə özümüz vasitəçi olmaq təklif etmişik. Biz Rusiya Federasiyası ilə müxtəlif formatlı danışıqlar aparmağa çalışırıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenskinin Türkiyədə Vladimir Putinlə görüşməyə razılaşdığını bildirmişdi. Hər iki dövlət başçısını “ixtilafları müzakirə etmək və həll etmək” üçün Ankaraya dəvət etmişdi.

Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »