Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Örl Litzenberqer: “Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər”
Səfir Örl Litzenberqer: “Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər”

Fevralın 17-də Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Mobil Aşkarlama Avadanlığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ianə edilib. Bu münasibətlə keçirilən tədbirdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Göstərilən yardıma görə təşəkkürünü bildirən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlərinin bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatların gömrük işinin də çevik, səmərəli və şəffaf şəkildə qurulmasına münbit şərait yaratdığını bildirən Səfər Mehdiyev tətbiq edilən yeniliklər hesabına istər fiskal sahədə, istər hüquqpozmalarla mübarizədə, istərsə də gömrük əməliyyatlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Azərbaycan gömrüyünün beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirən DGK sədri əməkdaşların potensialının gücləndirilməsi, gömrük sahəsində tətbiq edilən yeni texnologiyaların əldə edilməsi, bilik və bacarıqların mənimsənilməsi, müasir təcrübə və yanaşmaların öyrənilməsi istiqamətində ABŞ tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iki ölkənin gömrük qurumları arasındakı qarşılıqlı əlaqələrin ümumi işə mühüm töhfə verdiyini vurğulayan Komitə sədri əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyinin tamam olduğunu qeyd edərək, ötən illər ərzində ölkələrimizin qarşılıqlı əməkdaşlığından məmnunluqla bəhs edib.

Son illər Azərbaycan gömrük xidmətində aparılan islahatların nəticəsini yüksək qiymətləndirən səfir iki il bundan öncə görüşünü xatırlayaraq məhz o dönəmdən bəri gömrük sistemində islahatların davamlı olaraq uğurla həyata keçirildiyini vurğulayıb və qeyd edib ki, gömrük sahəsində əldə etdiyiniz heyranedici nəticələrə görə sizi təbrik edirəm, Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər.

ABŞ-ın Azərbaycanla birgə qanunsuz daşımaların qarşısını alınmasında uzun müddətli əməkdaşlığından da söz açan səfir Örl Litzenberqer bu gün edilən ianənin də münasibətlərin inkişafına, Azərbaycan və ABŞ-ın təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə, eyni zamanda birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir Örl Litzenberqer: “Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər”

Sonda tədbir iştirakçıları ABŞ Dövlət Departamentinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində təqdim etdiyi Mobil Aşkarlama Avadanlığına baxış keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »