Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər yarasalarda 3 yeni koronavirus növü aşkar ediblər
Alimlər yarasalarda 3 yeni koronavirus növü aşkar ediblər

Pasteur du Laos İnstitutunun və Laos Milli Universitetinin alimlərinin yarasalar üzərində apardıqları araşdırmalar nəticəsində insan sağlamlığı üçün təhlükə yarada bilən 3 yeni koronavirus aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, nəticələri "Nature" jurnalında dərc edilən araşdırmada tədqiqatçılar "COVİD-19" xəstəliyinə səbəb olan "Sars-CoV-2" (koronavirus) virusunun mənbəyinin yarasalar olduğu nəzəriyyəsini gücləndirəcək kəşflər ediblər.

Yarasalarda, xüsusən də virusun hüceyrəyə yapışmasını təmin edən sünbül zülalında olan,"BANAL-103", "BANAL-236" və "BANAL-52", üç koronavirus hüceyrələri pandemiyaya səbəb olan "Sars-CoV-2" ilə oxşar genomik xüsusiyyətlərə malikdir.

Alimlər kristalloqrafiya və molekulyar dinamikanın hesablama simulyasiyaları da daxil olmaqla müxtəlif üsullardan istifadə edərək, bu 3 virusun "Sars-CoV-2" ilə eyni reseptor vasitəsilə insan hüceyrələrinə daxil ola biləcəyini aşkar etdilər.

Pasteur İnstitutunun Patogen Kəşf Laboratoriyasının rəhbəri Marc Eloit, yeni kəşfin "Sars-CoV-2"nin insanlara yarasalardan keçdiyi tezisini dəstəklədiyini söyləydib.

Eloit həmçinin əlavə edib ki, araşdırmada aşkar edilən yeni virusların "insan sağlamlığı üçün risk yarada biləcəyi" qeyd edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »