Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb
Torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb

Braziliyanın tarixi dağlıq şəhəri Petropolisdə torpaq sürüşməsi nəticəsində son məlumata görə, azı 104 nəfər ölüb. Təbii falakət nəticəsində evlər torpaq altında qalıb, küçələri su basıb, avtomobilləri və avtobusları sel aparıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

19-cu əsrdə yüksək dağlıq ərazidə salınmış Rio-de-Janeyro Petropolis və ya "İmperator Şəhəri"  Braziliya monarxlarının yay istirahəti məskəni olub.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 24 saat ərzində oraya rekord 258,8 mm yağış düşüb - fevralda adi orta göstəricidən çoxdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »