Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukrayna ilə sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirəcək
NATO Ukrayna ilə sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirəcək

NATO müttəfiqləri Slovakiyada Saber Strike irimiqyaslı hərbi təlimlər keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "TSN" telekanalı məlumat verib.

Artıq ABŞ ordusu kontingentinin birinci hissəsi Almaniyadan Slovakiyaya hərəkət etməyə başlayıb. NATO-nun quru manevrlərinə 2000 ABŞ əsgəri və 700-ə qədər hərbi texnika cəlb olunacaq.

Hərbi texnikanın kolonları nəqliyyatın hərəkətinə mane olmamaq üçün əsasən gecə saatlarında hərəkət edəcək.

Təlimlər əvvəllər planlaşdırılıb və Ukrayna ilə sərhəddən 300 km-dən çox məsafədə baş tutacaq.

NATO bu cür təlimləri iki ildən bir keçirir. Manevrlər başa çatdıqdan sonra qoşunlar daimi dislokasiya məntəqələrinə qayıdacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »