Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmrullayev: "MİQ və yerdəyişməsi ilə bağlı yeni Qaydalar şəhid ailəsi üzvü olan namizədlərə xeyli asanlıqlar gətirir"
Əmrullayev: "MİQ və yerdəyişməsi ilə bağlı yeni Qaydalar şəhid ailəsi üzvü olan namizədlərə xeyli asanlıqlar gətirir"

“Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni Qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

Nazir qeyd edib ki, müəllim və müdavimlərin təklifləri əsasında təkmilləşdirilmiş Qaydalar müsabiqənin bilik və səriştəyə yönəlmiş alətlərlə təşkil edilməsi ilə yanaşı, sosial əhəmiyyətli vacib məqamları da ehtiva edir.

“Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir.

Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq.

2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayıram!”, - deyə nazir yazıb.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »