Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici ölkələrdən olan tanınmış səyyahlar Ağdama səfər edib
Xarici ölkələrdən olan tanınmış səyyahlar Ağdama səfər edib

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

APA-nın əməkdaşı xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Ağdam şəhərinin xarabalıqlarına tamaşa edib. Qonaqlar daha sonra “Cümə” məscidində olublar. Burada onlara dünya şöhrətli fotoqraf Reza Deqatinin Xocalı soyqırımı barədə çəkdiyi fotolar nümayiş olunur.

Qeyd edək ki, nümayəndə heyəti səfərə Şuşa şəhərindən başlayıb.

Daha sonra heyət Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək.

Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.

Son xəbərlər
Bütün xəbərlər »