Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir Avropa ölkəsi həftədə 4 günlük iş rejiminə keçir
Daha bir Avropa ölkəsi həftədə 4 günlük iş rejiminə keçir

Dünyada diqqət çəkən yeniliklərdən biri odur ki, ayrı-ayrı ölkələrdə insanların daha az işləməsinə, ailəsinə çox vaxt ayırmasına çalışırlar. Bunun üçün qanunvericilikdə dəyişikliklər edilir. Bir sıra ölkələr həftədə 4 günlük iş rejimini sınaqdan keçirir. Tezliklə 3 gün dincəlmək ənənəvi həyat tərzinə çevriləcək.

Bizimyol.info xəbər verir ki, Belçika vətəndaşlarına həftədə 4 gün işləmək imkanı yaradır. Avropa dövləti həftəlik iş yükünü həmin günlərə sığışdırmağa şərait olduğunu düşünür. Vətəndaşlara müraciətdə də bu amil qabardılıb. Federal hökumət insanların seçimi olduğunu bildirib. Yəni iş yükünün öhdəsindən gəldiyi halda hər işçi cümə axşamından istirahətə yollana bilər.

Müəssisə rəhbərliyinə də seçim imkanı yaradılıb. İşçinin istəyinə etiraz etmək olar. Amma bir şərtlə ki, yazılı şəkildə inandırıcı arqumentlər ortaya qoyulsun. Ekspertlər hesab edir ki, qanunvericilik istənilən halda işçinin yanındadır. Müəssisə rəhbərləri ciddi müqavimət göstərə bilməyəcək.

Belçikanın Baş Naziri Aleksandr De Kro bir çox məqamlar üzərində ciddi düşündüklərini deyib. Onun fikrincə, dəyişiklik şirkətlərə iş vaxtını düzgün qiymətləndirməyə şərait yaradacaq.

İndi Belçikada 20-64 yaş arası hər 100 şəxsdən 71-i işsizdir. Bu göstəricisi Avropada ən aşağı sayılır. İslahatlar sayəsində 2030-cu ilə qədər işləyənlərin göstəricisinin 80 faizə çatdırılması məqsədi var.

Xüsusilə pandemiyadan sonra inkişaf etmiş ölkələrdə 4 günlük iş rejimi barədə yüksəkdən danışmağa başladılar. İslandiyada paytaxt Reykyavikdə sınaq keçirildi. Nəticənin yalnız yaxşı olduğu elan edildi.

Böyük Britaniya iyunda 6 aylıq proqramı tətbiq etməyi planlaşdırır. Artıq 30 şirkət qeydiyyatdan keçib. ABŞ, İrlandiya, Kanada, Avstraliya və Yeni Zelandiya da bənzər addımlara hazırlaşır.

Birləşmiş Ərəb Əmirliklərinin ticarət şəhəri Dubayda iş saatları azaldılıb. Cümə günü günortaya qədər işləmək kifayət edir. Beləcə, işçilər həftədə 4.5 gün işləyir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »