"Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Dövlət Dumasının “DXR” və “LPR” terror qruplaşmalarını tanımaq qərarı Minsk razılaşmalarına ziddir".
Bizimyol.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, rusiyalı deputatların müraciəti “nəzərə alınıb”.
Kreml sözçüsü Dövlət Dumasının müraciətini aldıqdan sonra gələcək addımlar barədə sualı cavablandırarkən: "Bu məsələ ilə bağlı dəqiq tənzimləmə yoxdur. Prezident müraciəti qəbul edib, ona reaksiya verib, nəzərə alıb", - deyə Peskov əlavə edib.
Bizimyol.info