Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev ailəsinin aktivləri yoxlanılacaq
Nazarbayev ailəsinin aktivləri yoxlanılacaq

Qazaxıstandan qeyri-qanuni pul çıxarılması ilə bağlı məlumat kimliyindən asılı olmayaraq müvafiq orqanlar tərəfindən yoxlanılmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Marat Axmetcanov bildirib.

“Bu konkret şəxslərlə bağlı deyil, əgər obyektiv məlumat olarsa, səlahiyyətlərindən asılı olmayaraq istənilən şəxs yoxlanılacaq”, - o, jurnalistlərə rəhbərlik etdiyi qurumun keçmiş prezident Nursultan Nazarbayevin ailə üzvlərinin xaricə qanunsuz pul çıxarması ilə bağlı KİV-də yayılan məlumatları yoxlayıb-yoxlamaması sualını cavablandırarkən deyib.

Axmetcanov bildirib ki, maliyyə monitorinqi qurumunun birbaşa vəzifəsi pul aktivlərinin hərəkətini izləmək olan səlahiyyətli orqandır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »