Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda su görmək necə yozulur
Yuxuda su görmək necə yozulur

Yuxular bizim üçün şüuraltının əksidir. Yəni yaşadıqlarımız, ağlımızdan keçənlər, eşitdiklərimiz, oxuduqlarımız, gün ərzində gördüklərimiz də yuxularımıza gələ bilər. Bəzən gördüyümüz yuxuların hardan qaynaqlandığını başa düşmərik. Bəzən isə yuxudan duran kimi yuxumuzu suya danışarıq.

Bəs yuxuda su görməyin mənası nədir?

Ümumiyyətlə yuxuda su görmək xoş bir həyata, bol ruzi-bərələtə, sadiq dosta işarədir.

  • Yuxuda bulanıq, palçıqlı su görmək kədərə, təmiz su isə aydnlığa işarədir.

    Yuxuda bulanıq suda çimmək kədərdən xilas olmağa və xəstəlikdən sağalmağa işarədir. Şəfaf su təmiz həyat, ruzi anlamını daşıyır.

  • İsti su içmək, xəstəlik və kədərə işarədir.
  • Bulaqdan su içmək arzuya çatmaq və xoşbəxt bir şəkildə yaşamaqdan xəbər verir.

    Subay olan şəxs yuxuda kasadan su içərsə, bu, onun evlənməyinə işarədir.

  • Axar su ticarət və qazanca, sakit su sıxıntı və həbsə düşməyin xəbərçisidir.
  • Suyun üzərində üzünü görmək ev sakinlərinə, dost və yaxınlara yaxşılıq etməyə işarədir.
  • Duzlu su kiçik narahatlığa, su üzərində gəzmək isə təhlükədən xəbər verir.
  • Su ilə yuyunmaq borc ödəməyə və tövbə etməyə, su ilə pak olmaq qurtuluşa işarədir.
  • Dalğalı suda rahat üzdüyünü görmək mənəvi və maddi irəliləyişə işarədir.
  • Paltarlarının su ilə islandığını görmək istədiyi arzuya çatmamaq deməkdir.
  • Su, ümumiyyətlə subaylar üçün evlənməyə işarədir.
  • Birinin evindən su çıxdığını görmək zənginliyə və yaxşılığa yozulur. Bulanıq suyun bir yerə axması və ya içilməsi xəstəlikdən xəbər verir.
  • Yuxuda suda boğulduğunu görmək, ağır xəstəlikdən ölümə işarədir. Bəzi yuxuyozanlar isə bunu sevinc və var-dövlətlə əlaqələndirirlər.
  • Yuxuda bir kəndi və ya şəhəri su basdığını görmək həmin əraziyə bədbəxtliyin baş verəcəyinə işarədir
  • Yaşıl su uzun müddət davam edəcək xəstəlikdən xəbər verir. Yuxuda qara su içən şəxs xəstələnər.
  • Bir quyudan su çıxarmaq evliliyə və ya hiyləgərliklə mal sahibi olmağa işarədir.
  • Yuxuda soyuq su ilə qüsl almaq xəstəlikdən şəfa tapmağa işarədir.
  • Quyudan su çıxarıb baxça, bostan suladığını görmək kimdənsə miras qalacağından xəbər verir.
  • Yuxuda suyun içinə girmək qorxu və sıxıntılardan qurtulmaq deməkdir.
  • Acı su ilə yuyunmaq həyat yoldaşından boşanmağa, kirli su içmək ölümə işarədir.
  • Yuxuda su damladıcı görmək şərəfli uşaqlaırn olacağından xəbər verir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »