Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"da yeniliklər davam edir
"WhatsApp"da yeniliklər davam edir

"Whatsapp"ın yenicə sınaqdan keçirməyə başladığı başqa bir xüsusiyyət "WABetaInfo" tərəfindən kəşf edilib. Müvafiq olaraq, "WhatsApp" həmin profillər üçün örtük şəkilləri gətirməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, "WABetaInfo"nun kəşfi "WhatsApp"ın yenicə sınaqdan keçirməyə başladığı daha bir funksiyanı üzə çıxarıb.

Buna uyğun olaraq, "WhatsApp" Business istifadəçiləri üçün sınaqdan keçirilməyə başlanan biznes hesablarına örtük şəklinin əlavə edilməsi planlaşdırılır.

"WABetaInfo"nun əldə etdiyi məlumata görə, Biznes proqrmına kamera düyməsi də əlavə edilib. İstifadəçilər buradan şəkil seçərək və ya çəkərək örtük şəkli yarada bilərlər.

"WhatsApp" istifadəçiləri biznes hesabını ziyarət etdikdə profil şəklini və statusla yanaşı örtük şəklini də görə biləcəklər.

“WhatsApp Business” üçün hazırlanmış bu funksiyanın gələcəkdə bütün istifadəçilərə yayılması mümkündür.

"WhatsApp"ın sınaqdan keçirdiyi başqa bir xüsusiyyət çoxdan danışılan birliklərdir. Qrup administratorlarının nəzarətini artırmaq imkanı verən bu funksiya ilə qrup administratoru qrup daxilində başqa qruplar yarada və qrup üzvlərini bu yaradılmış birliklərə dəvət edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »