Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət sənədsiz evləri niyə sənədləşdirmir: "Amnistiya tətbiq edilməlidir"
Hökumət sənədsiz evləri niyə sənədləşdirmir: "Amnistiya tətbiq edilməlidir"

Bakıda və Abşeronda yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var.

Fərdi həyət evlərinin sayının atması 90-cı illərə təsadüf etsə də, bu gün də sənədsiz fərdi həyət evləri tikilir.

Bununla yanaşı, Papanin, Yasamal, Alatava, Kubinka kimi ərazilərdə də sovetlər dövründə inşa edilmiş yüzlərlə ev çıxarışsızdır. Sadalanan ərazilərin torpaqlarının təyinatı yaşayış üçün nəzərdə tutulub.

Digər ərazilərdə tikilən sənədsiz həyət evlərinin səbədləşməsi torpaqların təyinatına görə, mümkün olmasa da, qeyd edilən ərazilərin təyinatı yaşayış üçün olsa da, sənədləşdirilmir. Sovet dövründə bu evlər “jek evləri” adlanırdı. Çünki həmin dövrlərdə bu evlər MİS-lərin çəkdiyi layihələr əsasında inşa edilirdi. Amma təəssüf olsun ki, həmin evlər bu gün də sənədləşdirilməmiş qalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, həmin evlərin sənədləşdirilməməsi həm vətəndaşlara, həm də dövlət büdcəsinə zərər verir. Çünki bu gün ən çox alqı-satqı prosesləri həmin o həyət evlərində aparılır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Çünki bu evlərin qiyməti minimaldır. Çıxarışı olmayan həyət evlərinin qiyməti 20 min manatdan başlayır və yüksəlir. Bu evlərin alqı-satqısı çıxaırşlı evlərdən fərqli olaraq notarial qaydada aparılmır. Notarial qaydada aparılan alqı-satqı zamanı mənzil sahibinin qeydiyyatı yoxdursa, hər kvadrat metrinə görə dövlətə vergi ödəyir. Fərdi həyət evinin çıxarışı olduğu zaman o birbaşa vergi ödəyicisinə çevrilir”,- deyə ekspert bildirir. Onun sözlərinə görə, bu gün Abşeron ərazisində yüz minlərlə fərdi həyət evinin çıxarışının olmaması bələdiyyələrin onlardan vergi toplamasına mane olur. Çünki çıxarışı olmayan fərdi həyət evi bələdiyyə vergisinə cəlb oluna bilməz.

E.Fərzəliyev qeyd edir ki, bu problem 2000-ci illərdən sonra artmağa başlayıb.

“Bu gün Bakı-Sumqayıt, Bakı-Xırdalan, Xırdalan-Masazır, Ceyranbatan-Sumqayıt fərdi həyət evləri səbəbilə bir-birinə birləşib. Sənədsiz fərdi həyət evlərinin tikilməsi bu gün də davam edir. Bu gün sənədi olmayan hər hansı bir ev sahibinə yaxınlaşıb sənəd tələb edən zaman o mütləq bir sənəd çıxarıb göstərir. Bu bələdiyyə sənədi, bağlar idarəsinin sənədi və ya icra hakimiyyətinin sərəncamı ola bilər. Yəni bu evlər hər hansı bir dövlət qurumunun verdiyi sənədlərə əsasən tikilir. Burada çox nöqsanlara yol verilib. Verilmiş sərəncamların torpaqların təyinatına uyğun olmaması və yaxud bir sərəncamla verilmiş torpağın sahibi tərəfindən 2-3 yerə bölünərək etibarnamə ilə satılması və s. bu kimi problemlər var. Bu gün həmin ərazilər sənədləşdirilsə, sənəd ilk öncə sərəncam verilmiş şəxsin adına özəlləşdirilməlidir. Hansı ki, həmin sərəncamlar 20 il öncə verilib və sahibləri bəlkə də həyatda yoxdur”,- deyən ekspert bildirir ki, sənədsiz evlərə amnistiya tətbiq edilməlidir. Və fərdi həyət evləri, həmin evlərdə yaşayan vətəndaşların adına özəlləşdirilməlidir.

Qeyd edək ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesi bir neçə dəfə dövlət səviyyəsində gündəmə gətirilsə də, proses durğunluq dönəmini yaşayır. Bakı və Abşeronda sənədsiz evlərin sayı isə hər gün artır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »