Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Bayden Ukraynanı Rusiyaya “verməyə” hazırdır
Politoloq: Bayden Ukraynanı Rusiyaya “verməyə” hazırdır

“ABŞ prezidenti Co Bayden Moskvanın Çinlə yaxınlaşmasını dayandırması üçün Ukraynanı Rusiyaya “verməyə” hazırdır”.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyalı politoloq Aleksandr Lazarev "Naş" telekanalının efirində deyib.

Lazarev vurğulayıb ki, beynəlxalq xarici siyasətdə baş vermiş dəyişikliklərə görə Amerikanın artıq Kiyevə ehtiyacı yoxdur. Əvvəllər Vaşinqton Zbiqnev Bjezinskinin strategiyasından istifadə edərək Rusiyanı kontinental güc kimi saxlayırdı. Politoloq iddia edir ki, artıq Ağ Ev ÇXR ilə mübarizəyə köklənib.

“2018-ci ildən bu layihəni həyata keçirə bilməyəndə anladılar ki, Çin artıq onlar üçün əsas təhlükədir. Ukrayna isə ABŞ-ın xarici siyasəti üçün sadəcə olaraq qeyri-prioritet oldu., Lakin ölkə pul qazanan şirkətlərin maraq dairəsində qalmaqda davam edir", - deyə Lazarev bildirib.

O vurğulayıb ki, hazırda Ukrayna Böyük Britaniyanın himayəsi altına keçməyə çalışır.

“Amerikalılar Çinlə birləşməməsi üçün Rusiyaya güzəştə getməyə məcburdurlar. Onlar Ukraynadan imtina etməyə hazırdırlar və ondan imtina etmək istəyirlər. Bayden dəfələrlə deyib: “Biz heç vaxt sizin üçün döyüşməyəcəyik”. Şimali Atlantika Alyansının qüvvələri ilə Rusiya arasında müharibə olacaq və bu, nüvə müharibəsidir”, - deyə politoloq əlavə edib.

Bir müddət əvvəl amerikalı politologiya professoru Devid Hendrickson bildirmişdi ki, Birləşmiş Ştatlar “Şimal axını 2” qaz kəməri layihəsini dayandırmaq üçün Rusiya ilə “müharibə” isteriyasını qızışdırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »