Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX Müdafiə Nazirliyinə də müdaxilə etməli oldu: "Baş verən hadisələr qalib ordunun nüfuzuna və qələbəsinə kifayət qədər böyük kölgə salır"
DTX Müdafiə Nazirliyinə də müdaxilə etməli oldu: "Baş verən hadisələr qalib ordunun nüfuzuna və qələbəsinə kifayət qədər böyük kölgə salır"

Dövlət Təhlükəsizliyi Xidməti uzun bir aradan sonra daha bir dölət orqanında – Müdafiə Nazirliyində əməliyyat keçirib. Məlumata görə, Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb. Bu şəxslərdən savayı daha üç yüksək rütbəli hərbçi – “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu ümumilikdə 10 milyon manatlıq vəsaiti mənimsəmədə ittiham olunaraq, hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onları 10 ildən 14 ilə qədər cəza gözləyir.

  • 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərə kölgə salan, düşmənlə üzbəüz – ön xəttə xidmət edən əsgərin geyiminə, yeməyinə, onlar üçün ayrılmış dövlət vəsaitinə göz dikən bu şəxslərə qarşı niyə daha öncədən tədbirlər görülməmişdi?
  • Təbii ki, 10 milyon manat heç də az məbləğ deyil. Bu məbləğin mənimsənilməsindən nazirin və eyni zamanda Qərargah rəisinin xəbərinin olmaması, görəsən, nə qədər məntiqli və ağlabatandır?
  • Hər bir halda, bu əməliyyatın keçirilməsi, Ordumuzun adına, nüfuzuna xələl gətirən belə şəxslərin həbs edilməsi, heç şübhəsiz ki, təqdirəlayiq haldır. Bəs belə halların Ordumuza rəhbərlik edən şəxslər tərəfindən həyata keçirilməsi, daha sonra bu əməliyyatın ictimailəşdirilməsi, həm də düşmən dəyirmanına su tökmək hesab oluna bilərmi?

Bu və başqa suallarla bağlı hərbi ekspert Ədalət Verdiyev öz fikirlərini Bizimyol.info ilə bölüşüb. Hərbi ekspert bildirib ki, bu şəxslərin bir çoxu döyüşlərdə iştirak etmədiyi halda, cənab Prezidentin sərəncamına da məqsədli şəkildə daxil ediliblər:

Ədalət Verdiyev Ədalət Verdiyev

“Baş verən hadisələr qalib ordunun nüfuzuna və qələbəsinə kifayət qədər böyük kölgə salır. Bu şəxslərin bir çoxu döyüşlərdə iştirak etmədikləri halda cənab Prezidentin sərəncamına da məqsədli şəkildə daxil ediliblər. Hesab edirəm ki, onlar bu cinayətlərdə tək deyillər. Yaxın günlərdə biz daha böyük, qalmaqallı istefa və cinayət işlərinin açılmasının, araşdırılmasının, başlanmasının şahidi olacağıq. İstənilən halda, bu məsələ Azərbaycan Ordusunda ilk dəfə deyil baş verir. Daha əvvəllər də biz maliyyə yeyintiləri ilə rastlaşmışdıq. Lakin belə böyük rəqəmləri ilk dəfədir görürük. Rəqəmlər kifayət qədər böyükdür. Maliyyəçilərdən ibarət böyük bir qrup şəklində dövlətin təhlükəsizliyinə, Ordunun nüfuzuna xələl gətirəcək fəaliyyətlərə yol veriblər. Hesab edirik ki, DTX bu məsələni tam kökündən və birdəfəlik həll etməyə nail olacaq”.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »