Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putinə "bütün ssenarilərə hazır olduğunu" bildirib
Bayden Putinə "bütün ssenarilərə hazır olduğunu" bildirib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında söhbət şənbə günü Vaşinqton vaxtı ilə saat 12:06-da (Moskva vaxtı ilə 20:06) başa çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Ev jurnalistlərə məlumat verib.

Verilən məlumata görə, Bayden Putinlə Rusiyanın Ukrayna ilə sərhəddə qüvvələr toplamasını müzakirə edib. Bayden Putinə bildirib ki, ABŞ həm Rusiya Federasiyası ilə diplomatik qarşılıqlı fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.

Amerika tərəfinin məlumatına görə, söhbət bir saatdan çox davam edib. Ağ Evin bildirdiyi kimi, danışıqlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 11:04-də (Moskva vaxtı ilə 19:04) başlayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun bildirdiyi kimi, söhbətin keçirilməsi təşəbbüsü Vaşinqtondan gəlib və “tələbdən əvvəl Amerika tərəfinin yazılı müraciəti olub”.

Rusiya və ABŞ prezidentləri daha əvvəl ötən ilin sonunda telefonla danışmışdılar.

Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »