Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova Rusiya diplomatlarının Ukraynadan təxliyə edilməsini şayiə adlandırıb
Zaxarova Rusiya diplomatlarının Ukraynadan təxliyə edilməsini şayiə adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynadakı rus diplomatların təxliyəsi ilə bağlı Qərb mətbuatının yaydığı məlumatı şayiə adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "TASS" məlumat verib.

“Yadınızdadır ki, rus diplomatlarının guya təxliyəsi ilə bağlı şayiələr bir sıra Qərb nəşrlərində, xüsusən də “The New York Times” qəzetində təxminən bir ay əvvəl pravoslav Milad bayramları zamanı, Ukraynadakı rus diplomatların bir neçə övladının nənə və babalarını ziyarətə getdiyi zaman dərc olunmuşdu. İndi başa düşdüyümüz kimi, bu şayiələrin məqsədi ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələrin diplomatları və onların ailələrinin Ukraynadakı səfirliklərindən təxliyəsinin başlaması üçün məlumat örtüyü yaratmaqdır. İsrail dünən təxliyyə elan etdi”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi mediada Rusiyanın Ukraynadakı xarici nümayəndəlikləri ilə bağlı sualına verdiyi şərhdə deyilib.

"Bu vəziyyətdə Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, biz faktiki olaraq Rusiyanın Ukraynadakı xarici nümayəndəliklərinin əməkdaşlarını müəyyən qədər optimallaşdırmaq qərarına gəldik. Diqqətinizi ona çatdırırıq ki, səfirliklərimiz və konsulluqlarımız öz əsas funksiyalarını yerinə yetirməkdə davam edəcəklər", - deyə Zaxarova vurğulayıb.

Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »