Tehran Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətinin sözçüsü Tehran bazarında güclü yanğın baş verdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Seyid Cəlal Mələki İSNA-ya verdiyi açıqlamada bildirib.
"Bu gün saat 2:30-da Tehran bazarında Timçeh Hacib Əl-Dövlədə keçiddə böyük yanğın baş verib. Ərazidə tam şəraiti olan təxminən altı stansiya var. Yanğınsöndürənlər 3 dəqiqə ərzində hadisə yerinə gəlib və dərhal əməliyyatlara başlayıblar", -deyə o qeyd edib.
Yanğınsöndürmə idarəsinin sözçüsü deyib: “Bir neçə mağaza yanıb və yanğın söndürmə biriqadaları fəaliyyət göstərir. Hələlik itkilər və dükanların sayı barədə dəqiq məlumat yoxdur”.
Bizimyol.info