Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Putinlə Bayden arasında telefon danışığı olacaq
Bu gün Putinlə Bayden arasında telefon danışığı olacaq

ABŞ prezidenti Co Bayden və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı Vaşinqton vaxtı ilə şənbə günü səhər (Moskva vaxtı ilə günorta) baş tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü məlumat verib.

"Prezident Bayden və Rusiya prezidenti Putin şənbə günü danışacaqlar", - deyə məlumatda bildirilir.

“Rusiya tərəfi telefon danışığının bazar ertəsi keçirilməsini təklif edib. Ağ Ev isə bu gün üçün uyğun zaman olduğunu bildirən əks təklif verib, onlar razılaşdılar”, - deyə rəsmi məbə əlavə edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Putin və Baydenin Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-də telefon danışığının planlaşdırıldığını deyib.

Rusiya və ABŞ prezidentləri sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »