Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boşanmaların sayı niyə artıb: "Bərabər arzuları olmadan evlənirlər"
Boşanmaların sayı niyə artıb: "Bərabər arzuları olmadan evlənirlər"

Son zamanlar boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50 min 890 nikaha daxilolma və 15 min 659 boşanma halları qeydə alınıb. Bu isə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Sosial şəbəkələrdə boşanmalarla bağlı hüquqşünaslara müraciət edən qadınların əksəriyyəti, mal bölgüsü, alimentlə bağlı suallar ünvanlayırlar. Qadınlar boşanma üçün müraciət etməmişdən öncə, bu izdivacdan nə kimi pay ala biləcəklərini aydınlaşdırmağa çalışırlar. Nədir qadınları bu qədər ailələrdən soyudan? Boşanma ən son, ən çıxılmaz anda verilməli qərar deyilmi?

Psixoloq Zeynəb Eyyubova Bizimyol.info saytına açıqlamasında bildirib ki, pandemiyadan sonra boşanmaların sayında artım müşahidə edilir. Ekspert qeyd edir ki, bu gün Azərbaycanda boşanmalı olan ailələr boşanmır, boşanmamalı olan ailələr isə dərhal boşanır. Onun sözlərinə görə, ailələr daha çox xarakterlərin uyğun olmaması, bir-birini anlaya bilməmək səbəbi ilə boşanırlar. Ancaq bəzən mal bölgüsü də aktual səbəbə çevrilir.

Zeynəb Eyyubova Zeynəb Eyyubova

“Burada əsas səbəb gənclərin ailə qurarkən bir-birini tanımaması, ailə qurarkən bir meyarın, bərabər bir hədəfin olmaması, bərabər arzuların olmamasıdır. Bu gün evlənən cütlüklər səthi düşünür. Toy səthi keçirilir. Formal xarakter daşıyan, məsuliyyətsiz şəkildə qərar qəbul edib yola çıxılır. Bu səbəbdən də sonrada boşanma qərarı belə rahatlıqla verilir”,- deyən psixoloq bildirir ki, hazırda boşanmadan öncə mediasiya xidməti mövcuddur. Ekspert, boşanmalar zamanı mediasiya ilə yanaşı 5-6 seans psixoloq qəbulu artılırmasını da təklif edir. Onun fikrincə, bu olarsa, ölkədə boşanmaların sayında azalma müşahidə edilə bilər.

Qadınlar boşanma ilə bağlı müraciətlərində ərləri tərəfindən zorakılığa məruz qaldıqlarını, xəyanətə uğradıqlarını da dilə gətirirlər. Bu isə bir daha sübut edir ki, Azərbaycanda ailə dəyərləri yox olmaq üzrədir. Əvvəlki kimi əbədi evliliklərdən söhbət getmir. İnsanlar evliliyə rahat qərar verdikləri kimi boşanmaya da rahatlıqla addım ata bilirlər. Olan isə, belə ailələrdə dünyaya gəlmiş, sonradan ata və ya ana nəvazişindən məhrum olan, yarım ailədə böyümək məcburiyyətində qalan uşaqlara olur. Araşdırmalar sübut edir ki, yarım ailələrdə böyüyən uşaqların psixikası elə körpəlikdən zədələnmiş olur və onlar gələcəkdə sağlam psixikaya sahib olmaqda çətinlik çəkirlər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »