Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"“Omikron” əvvəlki ştammlardan inkubasion dövrünün qısalığı ilə fərqlənir"
"“Omikron” əvvəlki ştammlardan inkubasion dövrünün qısalığı ilə fərqlənir"

Koronavirusun (COVID-19) ştamları həyatımıza narahatlıq yaratmaqda davam edir. Xəstəliyə yoluxma statistikasında hər gün yüksək rəqəmlərlə rastlaşırıq.

Bizimyol.info xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, “Omikron”un adi soyuqdəymə ilə eyni əlamətləri daşıması əhali arasında çaşqınlıq yaradır.

Ekspertyeni ştammda qızdırma, dad və iybilmə kimi ənənəvi əlamətlərin olmadığını bildirib: “Omikron” əvvəlki ştammlardan inkubasion dövrünün qısalığı ilə fərqlənir. Gündüz xəstə ilə təmasda olan şəxs axşam xəstələnir, maksimum 3-5 gün ərzində əlamətlər meydana çıxır. Əhalinin əksər hissəsi onu yüngül keçirir”.

O, “omikron”un koronavirusun sonuncu ştamı olması barədə fikirlərə münasibət bildirib: “Bu barədə bir şey demək hələ tezdir və bunu proqnozlaşdırmaq çətindir. Bu, heç də pandemiyanın sona çatmağı demək deyil. Növbəti aylarda xəstə sayında bir qədər azalmalar ola bilər. Lakin yeni ştamın meydana çıxacağı təqdirdə yeni dalğalar da ola bilər”.

Mövcud qaydalara riayət etməklə yanaşı, peyvəndləmə prosesinə də ciddi yanaşılmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »