Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamilə qadın oğlu olsun deyə başına mismar vurdurub
Hamilə qadın oğlu olsun deyə başına mismar vurdurub

Pakistanın Hayber Paxtunxva əyalətinin Pişəvər şəhərində xurafatlar az qala hamilə qadını ölümünə səbəb olacaqmış. Üç qızı olan və dördüncü qızına hamilə qalan qadının oğlan övladı olması üçün "şəfaçı"ya getdiyi bildirilib.

Bizimyol.info "cnnturk"ə istinadən xəbər verir ki, "şəfaçı"nın məsləhətindən sonra qadın alnındakı 5 santimetrlik mismarla "Lady Reading" xəstəxanasına yerləşdirilib. Qadını müalicə edən nevroloq Haider Suleman mismar qadının kəllə sümüyünün içinə girsə də, beyninə çatmadığını bildirib.

Süleyman mətbuata açıqlamasında qadının ona eyni bölgədə yaşayan başqa bir qadın başına mismar vurarsa, ultrasəs müayinəsində qız kimi görünən körpəsinin oğlan doğulacağını dediyini bildirib.

Qadının rentgen görüntüləri sosial mediada yayılandan sonra polis hadisədən xəbər tutaraq araşdırma başladıb. İndi polis həm "şəfaçı"nı axtarır, həm də qadının bununla bağlı niyə xəbər vermədiyini araşdırır.

Pakistan mətbuatında çıxan xəbərlərdə dördüncü qızı doğularsa əri qadını tərk edəcəyi ilə hədələdiyi üçün məcuriyyətdən onun belə bir vasitədən istifadəyə cəhd etdiyi bildirilir. Lakin qadının öz başına mismar vurduğu və ya kimsə ona kömək edib-etmədiyi hələlik bəlli deyil. Süleymanın dediyinə görə, hər şey qadının evində baş verib və ailə üzvləri ifadə verib ki, onun başından mismarı çıxarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »