“Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunub saxlanılması mövzusu müzakirə olunur”.
“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Biz regiona UNESCO-nun missiyasının qısa zamanda təşkilinin tərəfdarıyıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.