Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O heyvanların başından xaş bişirtdirib nəzarət edən şəxslərə yedirdərdim"
"O heyvanların başından xaş bişirtdirib nəzarət edən şəxslərə yedirdərdim"

Bir neçə gün öncə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Xaçmaz rayonunda əhaliyə qida üçün yarasız ət satmaqla məşğul olan dəstəni saxlayıb. Araşdırma zamanı məlum olub ki, dəstəüzvləri Xaçmaz və ətraf rayonlarda xəstə, təsərrüfat üçün yarasız və ölü atları ucuz qiymətə alaraq kəsib, sümüklərindən təmizləyərək mal əti adı ilə Bakı şəhərində ictimai iaşə obyektlərinə satıblar. Bizə murdar heyvan, at əti yedirənlər məsuliyyətə cəlb edilərək həbs edilib. Amma təcrübələr göstərir ki, bu şəxslər bir müddət sonra məhkəmə qərarı ilə bəraət alaraq yenidən azadlığa çıxır. Yadınıza gəlirsə, “leş Tofiq” adlı bir dəstə başçısı da bu məsələdə həbs edilmişdi. Sonra nə oldu?

“Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, təşkilatda 1967-ci ildə hazırlanmış bir kitabça var. Həmin sənəddə 15 müttəfiq respublikadan bir tək Azərbaycanda eşşək əti yeməli ət kimi şərh edilib. Ətin qiyməti, yağlılığı və s. o sənəddə yer alıb:

Eyyub Hüseynov Eyyub Hüseynov

“Biz araşdırdıq və məlum oldu ki, o sənəd məlum düşmənlərimiz tərəfindən hazırlanıb. Bu ət, Azərbaycan üçün ənənəvi yemək deyil. Qonşu ölkədəki düşmənlərimiz də bundan istifadə edib deyirlər ki, onlar vəhşi xalqlardır. Azərbaycanda at əti, eşşək əti qida üçün uyğun deyil. Dinimizə görə də uyğun deyil. Murdar olmuş heyvan əti yeyilməz, haramdır. Sovet dövründə kim murdar olmuş heyvanın ətini satardısa, yeddinci nəslinə qədər başına vurardılar”.

E.Hüseynovun sözlərinə görə, təşkilat 24 ildir ki, bu işi izləyir. Və bu sahədə ən uğurlu işləri Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi görür. Bu idarə belə halları aşkarlayır və həmin insanları həbs edir. Lakin məhkəmələr nədənsə, bir müddət sonra bu insanlara bəraət verir.

“Mən bu məhkəmələri müəyyən edib, mübarizəyə başlayacağam. Təkcə at əti, eşşək ətindən söhbət getmir. Murdar olmuş ətlərin harda, hansı şəraitdə və hansı xəstəlikdən öldüyü məlum deyil.

Mən qərar verən şəxs olsaydım, həmin heyvanların başından xaş bişirtdirib Xaçmazda bu işlərə nəzarət edən insanlara yedirdərdim. Niyə nəzarət etmirlər? Bu işlər onların gözü qarşısında baş verir”,- deyən ekspert bildirib ki, kənd ağsaqqalları, bələdiyyələr və sahə müvəkkilləri bu məsələdə birlik nümayiş etdirməlidir.

Onun sözlərinə görə, belə ətlər uşaq baxçalarına, internat evlərinə, şadlıq evlərinə və ən prestijli restoranlara qədər gedib çıxır.Bunun qarşısını almaq üçün qərar qəbul etmək lazımdır: “İllər əvvəl Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxıb demişdi ki, “hər əti yemək olar, sadəcə, istehlakçını aldatmamaq üçün adını qoymaq lazımdır. Bəli, de-yure belədir, ancaq de-fakto belə olmamalıdır. Biz bununla illərlə mübarizə aparmışıq və mübarizəmizə davam edəcəyik”.

E.Hüseynovun sözlərinə görə, heyvanların identifikasiya məsələsi AQTA tərəfindən həll edildikdən sonra bu məsələ 80 faiz yığışacaq. Bu məsələ də yaxın 5 ildə baş verə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »