Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz ABŞ-a raket zərbəsi vuraraq dünyanı silkələyəcəyik
Biz ABŞ-a raket zərbəsi vuraraq dünyanı silkələyəcəyik

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-la gərginliyi artıracaq yeni açıqlama verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Russian Today" məlumat yayıb.

“Bir çox dövlətlərin ABŞ-a boyun əyərək və kor-koranə itaət etməklə vaxtlarını itirdiyi bugünkü dünyada bizim bu planetin yeganə ölkəsiyik ki, ABŞ materikinə raket zərbəsi vurmaqla dünyanı silkələyə bilərik. Bizim hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketlərimiz var”, - deyə nazirlik bildirib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi son raket sınaqlarını "fövqəladə nailiyyətlər" kimi xarakterizə edib, lakin son nəticədə "ölkəsinin müharibə istəmədiyini" də vurğulayıb.

Bəyanata cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü "The Hill"ə bildirib ki, Vaşinqton Pxenyanı "beynəlxalq sülh, təhlükəsizliyə və nüvə silahlarının yayılmaması rejiminə təhdid" kimi görür, lakin ABŞ-ın bu ölkəyə qarşı heç bir düşmən niyyəti yoxdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »