Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinə dair şərtlər müəyyənləşib
Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinə dair şərtlər müəyyənləşib

Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

Son xəbərlər
Bütün xəbərlər »