Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakcell şirkəti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti (WesternCaspianUniversity) arasında əməkdaşlıq memorandumu imzalanıb. Dekabr ayının 14-dəBakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru AndrisLeitas tərəfindən imzalananMemoraduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinətöhfə verəcək.

“Bakcell ilə imzaladığımız bu razılaşma gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin, birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin Bakcell şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Bakcell”in təcrübəsi universitetimiz tərəfindən qurulmuş Texnoparkın inkişaf etdirilməsinə, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinəböyük dəstək olacaq”, deyə AndrisLeitas bildirib.

“Azərbaycanın milli mobil operatoru olaraq, Bakcell şirkəti üzün illərdir ki Azərbaycan gənclərinə təhsil və karyeranın qurulması istiqamətlərində dəstək göstərməkdədir. Bu fəaliyyət çərçivəsində gənclər üçün şirkətdə təcrübə və iş imkanları yaradılıb. Biz, Qərbi Kaspi Universiteti ilə əməkdaşlığa başlamağımıza çox şadıq vətəbii ki, universitetin mühüm layihələrinin həyata keçirilməsində öz dəstəyimizi əsirgəməyəcəyik”, deyə Nikolai Beckers bildirib.

Tərəflər arasında imzalanmış sənəd müxtəlif sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur. Eyni zamanda, razılaşmaya əsasən,Bakcell şirkəti özünün Applab layihəsi çərçivəsində gördüyü işlərə əsaslanaraq universitet tərəfindən qurulmuş Texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi və orada müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsi sahəsində öz təcrübəsini bölüşəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »