Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kəpəz"in futbolçusu UEFA-nın diqqətində – VİDEO
UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən AFFA-ya və "Kəpəz"ə məktub daxil olub.

Bizimyol.info bu barədə Report-a istinadla xəbər verir.

Məktubda Azərbaycan Premyer Liqasının XI turun Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.

Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, lakin Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi. Futbolçunun ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »