Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dayan və Dəyiş” layihəsi sosial videoçarxını təqdim edib - Video
"Dayan və Dəyiş” layihəsi sosial videoçarxını təqdim edib - Video

Azərbaycanda qadına qarşı zorakılıq halları, gender əsaslı zorakılıq, erkən nikahlar, qızların təhsildən yayındırılması halları zaman keçsə də, bu gün də aktualdır. Bu yazını hazırlayarkən belə, ötən günlərdə Bakıda 15 yaşlı qızın uşaq dünyaya gətirərkən öldüyü xəbəri ilə qarşılaşdım. 15 yaşlı qız 28 yaşlı kişi ilə qeyri-rəsmi nikahda yaşayırmış...

Qeyd edilir ki, qeyri-rəsmi "həyat yoldaşı" saxlanılıb. Amma bu nəyi dəyişə bilər ki? 15 yaşlı bir qız, körpədir daha və o, qadın olmağı və ya ana olmağı hələ bilmirdi. Bəlkə də bu ağırlığı qaldıra bilmədiyi üçün vidalşdı həyatla. Bədəni də hazır deyildi bu sınağa, psixologiyası da. Doğuş prosesi də o qədər ağrılı bir prosesdir ki...

Orxan Musa Orxan Musa

Bizimyol.info xəbər portalı gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ” layihəsi çərçivəsində eyni adlı video formatlı sosial çarx hazırlayıb. Çarxın hazırlanmasında məqsəd, cəmiyyətdə qadına qarşı baş verən zorakılıq hallarının baş verməsinin qarşısının alınmasına dəstək göstərməkdir. Videoçarxın ssenari müəllifi və layihənin rəhbəri Orxan Musa, rejissoru isə Zəki Bağırovdur.

Videoçarxda qadına qarşı baş verən zorakılıq halları, ən son anda dayanır və müsbətə doğru dəyişir. Videoçarxı izləyənlər əslində nə demək istədiyimizi anlayacaq.

Biz sadəcə olaraq Azərbaycan cəmiyyətində qadına qarşı zorakılığın, gender əsaslı zorakılığın qarşısının alınmasını istəyirik.

İstəyirik ki, qadınlarımız öldürülməsin, qızlarımız təhsildən yayındırılıb, erkən yaşda nikaha məcbur edilməsin. İstəyirk ki, kişilərə potensial düşmən kimi deyil, dost kimi, həyat yoldaşı kimi, sevgili kimi qorxusuz yanaşa bilək. Biz zorakılığa məruz qalmaq istəmirik. Biz sevilmək, dəyər görülmək istəyirik. Biz sevdiklərimiz və ya bizi sevdiyini sandığımız insanlar tərəfindən zorakılığa məruz qalmaq istəmirik. Ən sonda biz Azərbaycan qadının eşidilməyən fəryadını, səsləndirə bilmədiyi sözlərini, göstərə bilmədiyi hisslərini sizlərə çatdırmağa çalışırıq.

Zəki Bağırov Zəki Bağırov

Sizdən istəyimiz isə budur ki, zorakılıq barədə bir an düşünsəniz belə, elə o anda - son anda “Dayanın və Dəyişin”. Videoçarxımızda da bunu deyirik. O an dayanın və dəyişmək üçün yenidən addım atın...

Layihə çərçivəsində hazırlanan sosial çarxı Bizimyol.info saytının rəsmi sosial şəbəkə hesablarında və eləcə də aşağıdakı ekranda izləyə bilərsiniz:

Qeyd edək ki, noyabr ayında başlatdığımı "Dayan və Dəyiş" layihəsi bu gün etibarilə proqramını tamamladı. Ancaq gender əsaslı zorakılığın mediada işıqlandırılmasına Bizimyol.info saytı olaraq davam edəcəyik. Sadəcə layihənin davamlılığını təmin etmək üçün deyil, zorakılığın qarşısının alınmasına media olaraq dəstək olmaq üçün bu mövzunu xüsusi olaraq diqqətdə saxlayacağıq. Zorakılıq niyyəti və davranışları dayanıb müsbət əxlaq və düşüncə formasına sahib cəmiyyətə doğru dəyişənə kimi davam edəcəyik.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »