Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürc necə bir insanı daha böyük ürəklə sevər
Hansı bürc necə bir insanı daha böyük ürəklə sevər
Eşq xəbərsiz gələr. Bir də görürüsən ki, “heç bir zaman sevə bilmərəm” dediyinə aşiqsən. Ya da, xarici görünüşünü bəyənmədiyin biri həyatının qəhrəmanına çevrilib.

Sevmək üçün qarşındakının xarici görünüşü və yda davranışı maraqlı olmur. Bir münasibət başladıqdan sonra gözünə görünməyə başlayır, onun çatışmazlıqları və ya üstünlükləri…

Bəs bürclər hansı sevgilidən uzaqlşamırlar. Qaşı-gözü, xarici görkəmi və ya nə ilə bağlamaq olar bürcüləri? Gəlin, bürclərin hansı sevgiliyə üstünlük verdiklərinə baxaq..

Qoç - Qoçlar sevgi üçün mübarizə aparan sevgilidən vaz keçməzlər. İki döyüşçü ruhun yaşaya biləcəyi çılğın sevgini axtarır Qoç. Tapdıqları zaman isə vaz keçməzlər. Cəsarətlə diqqətini çəkə bilərsən Qoçun. Onun sevgisi üçün mübarizə aparmağı bacarmalısan. Zaman-zaman Qoç üçün qəhrəmanlığa imza ata bilən sevgili Qoçun vazkeçilməzidir. Qoçu itirmək istəmirsinizsə, sevgi üçün hər şeydən keçin.

Buğa - Buğa xəstə olduğu zaman onun başının üstündə olub qayğığını çəkən sevgilidən vaz keçəm. Münasibətində etibar, vəfa ən önəmlisidir. Xəstə olduqları zaman, əhvalının ən yaxşı anında gözü sevgilisini axtarar. Hər bir çətinliyindən sevgilisiin varlığı ona motivasiya verər. Buöa eşqdən güc alır. Ərköyünlüyü və qayğı görməyi sevərlər. Sevginin əmək olduğuna çox inanır Buğa.

Əkizlər - Əkizləri aşiq etmək çox çətindir. Çünki duyğuları dəyişkəndir. İncə zarafat etməyi bacaranlar Əkizləri özünə bağlaya bilər. Romantizmi yüksək həddə olan bir münasibət yaşamasalar da, ayrıldıqları zaman itirdiklərinin yerini onlara heç kim verə bilməz.

Xərçəng - Yaddaşı güçlü olan Xərçəng heç bir münasibəti unutmaz. Hər biri ilə bağlı xatirələr, ağlının bir güşəsində qalar. Ehtiyac duyduqları zaman onları xatırlayaralar. Ağlayan zaman göz yaşlarını silən sevgilini heç bir zaman itirmək istəməzlər. Hər zaman öz əksi kimi gördükləri sevgililərinin əlləri üçün hər zaman darıxlarlar.

Şir - Şir daha çox hər kəsin yanında onu sevdiyini deyən sevgilsini buraxmaz. Şirlərə dəyər verdiyiniz müddətdə sizi sevərlər. Onun həyatında qalmaq üçün eqosunu qidalandırmalısınız, özəl olduğunu hər fürsətdə dilə gətirməlisiniz. Məsələn, hamının yanında ona “sevirəm” desəniz, o hər zaman sizin olacaq.

Qız - Qızın sevgisini qazanmaq çətindir. Əvvəlcə yüzlərlə namizədin içindən seçilməyi bacarmaq lazımdır. Mükəmmələ yaxın olan bu şəxsi Qıza bağlayan bacarığıdır. Çalışqan və bacarıqlı olmalıdır partnyoru. Toxunduğu hər işdə uğurlu olan bir svegilinin yeri ayrıdır Qızın gözündə. Münasibətləri bitsə də, Qızlar onun yerinə heç kimi qoymazlar.

Tərəzi - Tərəzi incə düşüncəli və nəzakətli insanları sevərlər. Xüsusilə Tərəzi qadını üçün bu çox önəmlidir. Üşüdüyü zaman jaketini vermək, avtomobilin qapısını açmaq Tərəzi üçün milyona dəyər.

Əqrəb - Libidosu Əqrəb üçün hər şeydən önəmlidir. Əqrəbin yaddaşından silinməyən partnyor ehtiraslı olandır. Baxışları, toxunuşu, cazibəsi ilə Əqrəbi cinsi münasibətə çağırmalıdır. Aktiv bir cinsi həyat münasibətlərini gücləndirər. Yataqda onu özünə bağlayan svegilinin yerini heç kim ala bilməz.

Oxatan - Qeyri-adi namizədlər Oxatanları həyacanlandırmaz. Oxatanlar çılğın insanları daha çox sevər. Sevgisi üçün çılğınlıq edə bilən əsla unudulmaz.

Oğlaq - Oğlağın qəlbini məntiqi idarə edər. Sevgiyə tələsməz, tapdıqları zaman isə itirmək istəməzlər. Çünki arzuladıqları adamı tapmaq onlar üçün rahat olmur. Həyatına aldığı sevgilisi status sahibi olarsa, Oğlaq daha çox bağlanar ona. Ayrılsalar belə, sevgilisini əsla unutmaz Oğlaq.

Dolça - Dolça bürcü üçün ağıl hər şeydən önəmlidir. Dolçaların qısamüddətli münasibətləri çox olur. Ancaq mənəvi baxımdan təmin olmadıqları üçün tez bitirirlər. Ağlı ilə onları özünı bağlayan biri olduğu zaman isə əbədi olaraq onunla yaşamaq istəyərlər hər şeyi.

Balıq - Balıqlar romantik insanaları sevərlər. Musiqi, şeir və s. ilə svegisini sübut edən sevgili Balığın vazkeçilməzidir. Bəzən sevgilisinin davranışlarını film lenti kimi xatırlayarlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »