Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərə qarşı qaydalar SƏRTLƏŞDİRİLİR
Bu gün "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilir.

Dəyişiklik qüvvəyə mindikdən sonra cəriməsini ödəməyən sürücülərin sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək.

Bizimyol.info bildirir ki, bu barədə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məlumat verib.

"Avtomobilini qeydiyyat (o cümlədən addan-ada keçirdərkən) və texniki baxışdan keçirərkən, həmçinin sürücülük vəsiqəsini dəyişərkən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni, cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək və sürücülük vəsiqəsi dəyişdirilməyəcək".

Ərşad Hüseynov sürücüləri qaydalara riayət etməyi, cərimə olunduqda isə vaxtında ödəniş aparmağı məsləhət görüb.

Son xəbərlər
Bütün xəbərlər »