İngiltərə kraliçası II Yelizaveta taxta çıxmasının 70-ci ildönümü ilə bağlı göndərdiyi mesajda onun varisi şahzadə Çarlzın kral olduqdan sonra ikinci həyat yoldaşı hersoginya Kamillanın kraliça olacağını bildirdi.
Bizimyol.info xəbər verir ki, mətbuatın məlimatına görə, ölkə ictimaiyyəti kraliçanın bu seçimini birmənalı qrşılamayıb. Mövqelər ikiyə bölünüb.
Sosial mediada bir çox britaniyalı, Şahzadə Çarlzın birinci həyat yoldaşı Şahzadə Diana ilə evli olduğu zaman Kamilla ilə münasibətdə olduğu iddialarına diqqət çəkərək: "Qərar kral ailəsinin nikahdankənar münasibətləri normallaşdırdığını göstərir. Onlar unutmuş ola bilər, biz unutmamışıq", - deyə sərt mövqe bildirib.
Həmçinin ictimaiyyətin əksəriyyətinin Dianaya qarşı etdiyi haqsızlıq və yaşının irəliləməsi səbəbindən 73 yaşlı Çarlzın yox, oğlu Şahzadə Uilyamın kral olmasını istədiyiblər. Vətəndaşlar gələcəkdə Kamillanı deyil, Uilyamın həyat yoldaşı hersoginya Keyti kraliça görmək istədiklərini bildiriliblər.
Digər bir qrup isə bu fikirdədir ki, hersoginya Kamilla 2005-ci ildə evləndikdən sonra Britaniya ictimaiyyətinə özünü sevdirmək üçün çox çalışıb və o, bu ada layiqdir.
Digər tərəfdən, Şahzadə Çarlz Kraliçanın bəyanatından sonra yayımlanan açıqlamada, "Anamın arzusunun və onun təmsil etdiyi şərəfin fərqindəyik. Sevimli həyat yoldaşım Əlahəzrətə və icmalarımızın xalqlarına birlikdə xidmət etdiyim zaman mənim daimi dəstəyim olub", - deyə bildirib.
Bizimyol.info