Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim silah proqramını oğurlanmış kriptovalyutalarla maliyyələşdirir
Kim silah proqramını oğurlanmış kriptovalyutalarla maliyyələşdirir

Şimali Koreyanın raket proqramını maliyyələşdirmək üçün həyata keçirilən kiberhücumlarda milyonlarla dollar dəyərində kriptovalyuta oğurlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilib.

Hesabatda 2020-ci ildən 2021-ci ilin ortalarına qədər 50 milyon dollardan çox rəqəmsal aktivlərin oğurlandığı müəyyən edilib. Tədqiqatçıların fikrincə, bu cür hücumlar Pxenyan administrasiyasının nüvə və ballistik raket proqramı üçün "əhəmiyyətli gəlir mənbələri" təşkil edib. İstintaqın nəticələrinin cümə günü BMT-nin sanksiyalar komitəsinə təqdim edildiyi bildirilir. Şimali Amerika, Avropa və Asiyada ən azı üç Kriptovalyuta birjası kiberhücumlarda hədəfə alınıb.

Sənəddə "Chainalysis" təhlükəsizlik şirkəti  tərəfindən hazırlanan hesabata istinadən göstərilir ki, keçən il Şimali Koreya kiberhücumlarla 400 milyon dollar dəyərində rəqəmsal aktivlər əldə edib.

2019-cu ildə BMT Şimali Koreyanın çoxsaylı kiberhücumlarda kütləvi qırğın silahları proqramları üçün təxminən 2 milyard dollar vəsait topladığını bildirdi. BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya nüvə sınaqları keçirməyi və ballistik raketlər buraxmağı qadağan edib. Bütün sərt sanksiyalara baxmayaraq, Şimali Koreya nüvə və ballistik raket infrastrukturunu inkişaf etdirməyə davam edə bilib.

Yeri gəlmişkən, yanvarın sonunda Şimali Koreyanın rəsmi mediası 2017-ci ildən bəri ən böyük raket atışları olduğu bildirilən sınağın fotolarını dərc edib. Digər tərəfdən, hesabatda ölkənin xaricdə material, texnologiya və mütəxəssis bilikləri, o cümlədən kiber alətlər və birgə elmi araşdırmalar əldə etməyə davam etdiyinə dair məlumatlar da yer alıb.

ABŞ cümə günü verdiyi açıqlamada Şimali Koreyanın keçən ay 9 raket sınağı keçirdiyini bildirib. Çin və Rusiya Şimali Koreyanın raket sınaqları proqramlarının genişləndirilməsini pisləyən birgə bəyanat imzalamayıb.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi vəziyyəti müzakirə etmək üçün bu həftənin sonunda Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşəcək. Bunu rəsmi Vaşinqton bazar günü bildirib.

BMT-nin hesabatında həmçinin qeyd olunub ki, Şimali Koreyada humanitar vəziyyət pisləşməkdə davam edir. Xəbərdə qeyd olunub ki, Şimali Koreyadan məlumat verilmədiyi üçün beynəlxalq sanksiyaların hansı zərərə səbəb olduğunu müəyyən etmək çətindir.

Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »