Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Conson və Makron Ukrayna-Rusiya böhranını müzakirə ediblər
Conson və Makron Ukrayna-Rusiya böhranını müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron telefonla danışıb.

Bizimyol.info xəbər verir ki, İngiltərə Baş nazirliyindən mətbuata verilən yazılı açıqlamada Conson və Makronun Ukrayna-Rusiya böhranını müzakirə etdikləri bildirilir.

Liderlər beynəlxalq tərəfdaşlarla görüşləri barədə bir-birini məlumatlandırıblar.

Açıqlamada: “Conson və Makronun mövcud gərginliyə diplomatik yolla həll tapmağın əsas prioritet olduğu mövzusunda həmfikir olduqları bildirilib və Baş nazir Conson və prezident Makron NATO-nun Rusiyanın təcavüzü qarşısında birləşməli olduğunu vurğulayıblar. Onlar Rusiyanın Ukraynanı yenidən işğal edəcəyi təqdirdə dərhal qüvvəyə minəcək sanksiyalar paketinin hazırlanması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər”, - bəyanatda deyilir.

Conson və Makronun NATO-nun şərq cinahının gücləndirilməsi və müttəfiqlərin harada və nə olursa olsun, Rusiyanın işğal niyyətli fəaliyyətlərinə qarşı tam şəkildə qorunmanı təmin etmək üçün görüləcək işləri müzakirə etdiyi bildirilib.

Baş nazir Conson bəyanatda prezident Makrona qeyri-qanuni immiqrasiya problemi ilə bağlı Fransa ilə işləmək öhdəliyini təkrarlayıb və liderlərin insan qaçaqmalçılarının qarşısını almaq üçün əməkdaşlığa razılaşdıqlarını söyləyib.

Digər tərəfdən Makronun gələn həftə Rusiyaya səfəri gözlənilir.

Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »