Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko: Ukraynada əhalisi Rusiyaya qarşı döyüşməyə hazırdır
Poroşenko: Ukraynada əhalisi Rusiyaya qarşı döyüşməyə hazırdır

Vətənə xəyanətlə bağlı cinayət işi üzrə ittiham olunan Ukraynanın eks-prezidenti bildirib ki, hər iki ukraynalıdan biri ölkəni müdafiə etmək üçün silaha sarılmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu siyasətçi Almaniyanın "N-tv" telekanalına müsahibəsində bildirib.

Keçmiş prezident “Rusiya təcavüzü” qarşısında göstərdikləri dəstəyə görə London və Vaşinqtona minnətdarlığını bildirib.

"İlk növbədə, mən ABŞ-ın rolunu çox yüksək qiymətləndirirəm. Oktyabrda rus qoşunlarının sərhəddə təhlükəli hərəkətləri ilə bağlı ilk məlumatları bizə Amerika kəşfiyyat xidmətləri təqdim etdi. Bundan başqa, mən Böyük Britaniyaya və hazırda Kiyevdə qonaq olan dostum Boris Consona minnətdaram. Qed etməliyəm ki, bizim üçün ən önəmlisi Avropa İttifaqının dəstəyidir”, - deyə Poroşenko bildirib.

O, həmçinin bildirib ki, bu gün Ukraynada vəziyyət 2014-cü ildən fərqlidir. Siyasətçinin sözlərinə görə, səkkiz il ərzində ölkədə Rusiyaya qarşı döyüşməyə qadir ordu yaradılıb. Bundan əlavə, Poroşenko hər ikinci ukraynalının döyüş əməliyyatlarında iştirak etməyə hazır olduğunu göstərən sorğu məlumatlarına istinad edib.

“İctimai rəy sorğusunun nəticələrinə görə, ukraynalıların 50 faizi öz ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazırdır”, - deyə eks-prezident bildirib.

Eyni zamanda o vurğulayıb ki, Ukraynanın hazırkı problemləri bütün Avropanı narahat edir və siyasətçinin fikrincə, Qərb dövlətləri bunu başa düşür.

"İndi 2014-cü ildən fərqli vəziyyətdir. O vaxt hamı fikirləşirdi: "Biz Ukraynanı dəstəkləməliyik, amma bu, onların problemidir". İndi Avropada hamı "bu, mənim də problemimdir",-deyə düşünür", - Poroşenko müsahibəsində deyib.

Qadir, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »