Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat verib.

Bildirilir ki, qiyməti 3A sektoruna 5, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar fevralın 5-də saat 18:00-dək, bazar günü saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

Qeyd edək ki, fevralın 7-də oynanılacaq “Neftçi” – “Qarabağ” qarşılaşması saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir. Sonuncu ölkə çempionu isə 22 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »