Amerika ordusunun 82-ci hava-desant diviziyasının həbçilərini daşıyan ilk təyyarə Polşanın Rzeşov şəhərinə eniş edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
ABŞ hərbçiləri Şərqi Avropada NATO qüvvələrini gücləndirmək məqsədi ilə bu ölkəyə göndəriliblər. 18-ci mexanikləşdirilmiş diviziyanın nümayəndəsi mayor Przemyslav Lipçinski brifinqdə bildirib ki, Polşaya ümumilikdə 1700 nəfər göndərilməlidir.
Onun sözlərinə görə, ABŞ-ın 82-ci hava-desant diviziyası elit bölmədir. Onun ordusu dünya üzrə missiyalar üçün uyğun şəkildə təchiz edilib və təlim keçib. Lipçinski bildirib ki, Polşa əsgərləri İraq və Əfqanıstan da daxil olmaqla, Amerika diviziyası ilə dəfələrlə əməkdaşlıq ediblər.
Mayor əlavə edib ki, amerikalı hərbçilərin Polşada olması müttəfiqlərin həmrəyliyini nümayiş etdirir.
O əlavə edib ki, ABŞ hərbçiləri özləri ilə hərbi texnika gətirəcəklər. Hərbi birliyin bazası dəqiq göstərilməyən Polşanın cənub-şərqində yerləşəcək.
Qadir, Bizimyol.info