Bakı Mühəndislik Universitetinin müəllimi koronavirusdan vəfat edib.
Bizimyol.info xəbər verir ki, universitetin mətbuat xidmətindən verilən məlumata görə, 40 yaşlı müəllim, Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.
O, bir neçə ay əvvəl COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib. C.Məmmədli uzun müddət müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.