Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il Azərbaycan qaz ixracını artıracaq
Bu il Azərbaycan qaz ixracını artıracaq

"Hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq. Azərbaycanın böyük təbii qaz potensialı buna imkan verir".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı söyləyib.

"Biz neft ixracatına uzun illər bundan əvvəl – 2006-cı ildə başlamışıq. Təchizatda heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasətinin arxasında heç bir siyasi gündəm dayanmayıb. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”, - dövlət başçısı vurğulayıb.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Ukraynanın Rusiya ilə atəşkəsə dair şərti açıqlanıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »